Çirkli pulların yuyulmasında kriptovalyuta izi | Banco.az

Çirkli pulların yuyulmasında kriptovalyuta izi

“Avropada blokçeyn layihələrinin bağlanması, əlbəttə ki, kriptovalyuta bazarına təsirsiz ötüşməyəcək”.

Bunu açıqlamasında kriptovalyuta üzrə ekspert Hüseyn İbadov deyib.

Hüseyn İbadov bildirib ki, kriptovalyuta bazarına daxil olan və tərk edən şirkətlərlər hər zaman olub: “Son zamanlar isə qiymətlərin düşməsi və hüquqi normaların sərtləşməsi nəticəsində artıq bəzi böyük şirkətlər də bazarı tərk edir. Qeyd edim ki, kriptovalyuta bazarında lider olan Bitcoin-nin qiyməti son 5 ayda düşərək 6,932$ çatıb. Hesab edirəm ki, hüquqi normaların  sərtləşməsi kriptovalyuta bazarına çox da mənfi  təsir göstərməyəcək. Çünki qanunun müsbət tərəfləri daha çoxdur”.

Ekspert qeyd edib ki, ümumiyyətlə kriptovalyuta yaranandan bu günə kimi bir çox hüquqi tənzimlənmələrdə boşluq olduğu üçün bəzi qanunsuz əməliyyatlar həyata keçirilirdi: “Bu gün qanunsuz əməliyyat növləri  nisbətən azdır. Eyni zamanda, qanunların say çoxluğu kripto bazarda təhlükəsizlik baxımdan olduqca əhəmiyyətlidir. Avropada qəbul edilmiş və yanvar ayında qüvvəyə minəcək “çirkli pulların yuyulması” qanunu da kriptovalyutanın inkişafı üçün əhəmiyyətlidir. Bundan öncə ABŞ-da da kriptovalyuta ilə yəni, “çirkli pulların yuyulması”nın  qarşısını almaq üçün bir neçə əməliyyatlar həyata keçirilib. Amma qeyd edim ki, tənzimləmə hərəkatının sadəcə sərt şəkildə yox, yumşaq tərzdə də keçirilməsinə ehtiyac var”.

Ən sərfəli kredit üçün müraciət et

“Dünya miqyasında bir neçə ölkə buna uyğun qanunlar qəbul edib. Düzdür, Avropada gələn ildən qüvvəyə minəcək qanun bir çox tənqidçi tərəfindən müsbət şərh edilməyib. Amma hesab edirəm ki, belə qanunların yayılması kriptovalyutanın təhlükəsizliyi üçün müsbət addımdır”, – deyə ekspert əlavə edib.

Qeyd edək ki, Avropada 2020-ci ildə qüvvəyə minəcək “Çirkli Pulların yuyulmasına qarşı direktiv” qanun layihəsinə əsasən blokçeyn layihələri öz fəaliyyətini dayandırır. Qanun, şirkətlərin kriptovalyuta layihələrinə görə, istifadəçilərin identifikasiyasını həyata keçirməyi tələb edir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et