“Circle” ən böyük birjalardan birini satın aldı | Banco.az

“Circle” ən böyük birjalardan birini satın aldı

“Goldman Sachs” tərəfindən dəstəklənən ödəniş platforması “Circle” ABŞ-da yerləşən kriptovalyuta birjası “Poloniex”-i satın aldığını elan edib. Ən böyük birjalardan birini alan “Circle” bununla blockchain sənayesində dominantlıq etməyi planlaşdırır.

Şirkətin veb saytında dərc olunan məlumatda “Circle”-ın qurucuları Sen Nevil və Ceremi Alleyerin bu fikirləri yer alıb:

“Circle” qlobal maliyyə sahəsində mənimsədiyi yeniliklərin nəticəsi olaraq token ticarəti platforması olan “Poloniex”-i satın alıb”.

“Circle”-ın P2P (şəxsdən şəxsə) ödəniş tətbiqinin infrastrukturunda blockchain istifadə olunur. Bununla yanaşı, “Circle” Bitcoin əməliyyatlarına imkan verən ən yaxşı birjadankənar platformalardan biridir. Bazarın ən institusional və ən böyük investisiya dəstəyinə sahib şirkətlərindən biri kimi qiymətləndirilən “Circle”-ın investorları arasında “Goldman Sachs Banking Group” və “Baidu Inc.” də var.

“Goldman Sachs”-ın “Circle”-a investisiya qoyması və “Circle”-ın “Poloniex”-i satın alması bazar üçün vacib hadisədir. Bitcoin-in qiyməti bundan dolayı 10 min dolları keçdi. Bu dəqiqələrdə verilən məlumata görə, Bitcoin 8% dəyər qazanıb.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et