Çip və logistika problemi kompüter bazarına da təsir göstərir | Banco.az

Çip və logistika problemi kompüter bazarına da təsir göstərir

Tamara Mustafayeva, Banco.az

Çip və logistika problemi kompüter bazarını da təsiri altına alıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, International Data Corporation (IDC) bazar araşdırmaları şirkəti tərəfindən hazırlanan sonuncu hesabata görə, kompüter satışları yarımkeçirici çatışmazlığı və logistika problemləri səbəbindən pandemiyanın başlanğıcından bəri qeydə alınan ən zəif artım dinamikasına imza atıb.

IDC ABŞ kompüter bazarının 2020-ci ilin ilk rübündə pandemiya ilə əladədar olaraq satış həcminin kəskin geriləməsindən bəri ilk dəfə kiçildiyini qeyd edib. Araşdırma şirkəti sektorda ümumi inkişaf dinamikasının 2021-ci ilin üçüncü rübündə müşahidə edildiyini, ən güclü tədarük zəncirlərindən birinə sahib olan "Apple" şirkətinin illik əsasda 10%, "Dell Technologies"in isə 3,9% artım götərdiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram