Çip sənayesi bir gündə yarım trilyon dollar itirib | Banco.az

Çip sənayesi bir gündə yarım trilyon dollar itirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük çip şirkətləri bir gündə yarım trilyon dollar dəyər itirib.

Banco.az xəbər verir ki, smartfonlar, kompüterlər, avtomobillər, müdafiə texnologiyaları və soyuducular kimi həyatın bir çox sahəsində istifadə edilən çipləri istehsal edən şirkətlər ABŞ və Çin arasındakı gərginlikdən mənfi təsirlənir.

İki ölkə arasında gərginliyi artıran son addım isə ABŞ prezidenti Co Bayden administrasiyasının şirkətlərin Çinə qabaqcıl yarımkeçirici texnologiyalarına çıxış imkanı verməyə davam edəcəyi təqdirdə müttəfiqlərinə mümkün olan ən sərt ticarət məhdudiyyətlərini tətbiq etmək planları olub. 

Həmin gün ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın dünyanın ən böyük qabaqcıl çiplərini istehsal edən Tayvanla bağlı sərt açıqlamaları çip şirkətlərinin səhmlərindəki itkiləri sürətləndirib.Tramp Tayvanın Birləşmiş Ştatlara töhfə vermədiyini və ABŞ-a müdafiə üçün pul ödəməsinin lazım olduğunu deyib.

Ən sərfəli kredit üçün müraciət et

Odur ki, eyni gün edilən bu açıqlamalar çip sənayesində fəaliyyət göstərən şirkətlərin səhmlərinin bir gündə 500 milyard dollar itirməsinə səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et