Çip sənayesi bir gündə yarım trilyon dollar itirdi - Səbəb | Banco.az

Çip sənayesi bir gündə yarım trilyon dollar itirdi - Səbəb

ABŞ-ın Çinə göndərdiyi yarımkeçirici texnologiyasına əlavə ixrac məhdudiyyətləri və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın iri çip istehsalçısı Tayvanla bağlı sərt açıqlamalarından sonra dünyanın ən böyük çip şirkətləri bir gündə yarım trilyon dollar dəyər itirib.

Smartfonlar, kompüterlər, avtomobillər, müdafiə texnologiyaları və həyatın bir çox sahəsində istifadə edilən çipləri istehsal edən şirkətlər ABŞ və Çin arasındakı gərginlikdən mənfi təsirlənir.

Banco.az xəbər verir ki, iki ölkə arasında gərginliyi artıran son addım, ABŞ prezidenti Co Bayden administrasiyasının şirkətlərin Çinə qabaqcıl yarımkeçirici texnologiyasına çıxış imkanı verməyə davam edəcəyi təqdirdə müttəfiqlərinə mümkün olan ən sərt ticarət məhdudiyyətlərini tətbiq etmək planları olub.

Belə ki, ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın dünyanın ən böyük qabaqcıl çiplərini istehsal edən Tayvanla bağlı sərt açıqlamaları çip şirkətlərinin səhmlərindəki itkiləri sürətləndirib.

Ən sərfəli kredit üçün müraciət et

Tramp deyib ki, Tayvanın ABŞ-a töhfəsi yoxdur və ABŞ-a müdafiə üçün pul ödəməlidir.

Eyni gündə gələn bu iki açıqlama, çip sənayesində fəaliyyət göstərən şirkətlərin səhmlərinin bir gündə 500 milyard dollar itirməsinə səbəb oldu.

Süni intellekt texnologiyalarına fokuslanan ABŞ mərkəzli çip istehsalçısı Nvidia-nın səhmləri bu iki sərt açıqlamadan sonra  6,5 faiz dəyər itirib. Təxminən 3,3 trilyon dollarla dünyanın ən dəyərli şirkətlərindən biri olan "Nvidia", səhmlərindəki enişdən sonra təxminən 200 milyard dollar itirdi.

Bazar dəyəri 700 milyard dollardan çox olan Tayvanda yerləşən yarımkeçirici istehsalçısı TSMC-nin səhmləri də təxminən 8 faiz ucuzlaşıb.

ABŞ-ın çip istehsalçısı AMD-nin səhmləri 10,2 faiz ucuzlaşıb.

Bazar dəyəri 200 milyard dolları keçən ABŞ çip istehsalçısı Qualcomm-un səhmləri 8,6 faiz, Micron 6,3 faiz, Broadcom isə 7,9 faiz dəyər itirib.

Ən sərfəli krediti almaq üçün müraciət et