Çip istehsalının təşviqinə Yaponiya da qoşulur | Banco.az

Çip istehsalının təşviqinə Yaponiya da qoşulur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çip istehsalının təşviqi yarışına artıq Yaponiya da qoşulur.

Banco.az xəbər verir ki, Yaponiya Ticarət Nazirliyinin İnformasiya Texnologiyaları üzrə direktoru Hisaşi Kanazaşi çip istehsal nəhəngi “TSMC”nin ölkədə ikinci ən müasir çip istehsalı fabrikini açmaq qərarı qəbul etməsi halında Yaponiya hökumətinin bu investisiyayamaliyyə yardımı göstərməyə hazır olduğunu bildirib.

Kanazaşi bildirib ki, Tokio “TSMC”nin Yaponiyanın cənubunda inşa etməyi düşündüyü obyektin maliyyələşdirilməsinə kömək etmək üçün lazımi vəsaiti ayırmağa hazırdır.

Hər iki tərəf Kumamotoda biznes partnyoru kimi təyin edilmiş Sony Group-a məxsus kompleksin yaxınlığında tikilməkdə olan “TSMC” fabrikinin yanında inşa edilməsi planlaşdırılan ikinci obyektlə ayrılacaq subsidiyaların müəyyənləşdirilməsi aylar sərf edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Kanazaşi ölkənin qlobal çip istehsal gücü statusunu bərpa etmək istəyini yerinə yetirmək üçün mühüm vasitə hesab edilən bu investisiyaya Tokio administrasiyasının nə qədər vəsait ayıra biləcəyi barədə ətraflı məlumat verməkdən isə imtina edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et