Çip istehsalçılarının səhmləri kəskin bahalaşıb | Banco.az

Çip istehsalçılarının səhmləri kəskin bahalaşıb

Müəllif - Aida İsaq, Banco.az

Amerikanın “Nvidia” şirkətinin rüblük hesabatının dərcindən sonra yarımkeçirici istehsalçılarının səhmləri kəskin bahalaşıb.

Banco.az xəbər verir ki, mayın 24-də şirkət 2023-cü ilin birinci rübü üçün proqnozları qabaqlayan nəticələrini açıqlayıb. Gəlir illik müqayisədə 13 faiz azalaraq 7,19 milyard dollara düşüb. Ekspertlər rüblük satışları 6,52 milyard dollar səviyyəsində proqnozlaşdırmışdı. Eyni zamanda, xalis mənfəət 2022-ci ilin birinci rübü ilə müqayisədə təxminən 26 faiz artaraq 2,04 milyard dollara çatıb.

Bazarda şirkətin ikinci rüb üçün satış proqnozu daha çox diqqət çəkib. Belə ki, təxminən 11 milyard dollar olaraq qeydə alınan səviyyə ekspertlərin hesablamalarından 50 faizdən çoxdur. “Nvidia”nın qurucusu və baş direktoru Jensen Huangın sölərinə görə, süni intellekt texnologiyalarına marağın artması fonunda çiplərə tələbatın artması ilin ikinci yarısında əhəmiyyətli dərəcədə yüksək tədarüklərə imkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et