Çip böhranını aradan qaldırmaq üçün 3 trilyon dollarlıq investisiya lazımdır | Banco.az

Çip böhranını aradan qaldırmaq üçün 3 trilyon dollarlıq investisiya lazımdır

Tamara Mustafayeva, Banco.az

Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) və Boston Konsaltinq Qrupun hesabatına görə, növbəti 10 il ərzində yarımkeçiricilərə artan tələbatın ödənməsi üçün qlobal miqyasda Ar-Ge və sənaye xərclərinə təqribən 3 trilyon dollar investisiya qoyuluşu lazımdır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən hesabata əsasən elektron dizayn avtomatlaşdırılması, çip dizaynı və müasir istehsal avadanlıqları kimi əsaslı Ar-Ge işlərində ABŞ-ın aparıcı olduğu, Şərqi Asiya ölkələrinin isə güclü infranstruktur və səriştəli işçi qüvvəsi baxımından ön plana çıxdığı bildirilir.

Hesabatda həmçinin Çinin nisbətən daha az bacarıq, ancaq daha çox sərmayə tələb edən montaj, qablaşdırma və sınaq mərhələlərinin təşkili kimi işlərdə liderliyi saxladığı və müvafiq sahələrə külli miqdarda investisiya qoyuluşu həyata keçirdiyi qeyd edilib.

Avtomobil sektorundan başlayaraq elektronika sektoruna keçid edən qlobal çip tədarükü probleminin getdikcə artması fonunda lazımi tələbatın qarşılanması üçün növbəti 10 il ərzində Ar-Ge və sənaye xərclərinə təqribən 3 trilyon dollar investisiya yatırmaq lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et