Çip böhranı "iPhone" istehsalını da vurdu | Banco.az

Çip böhranı "iPhone" istehsalını da vurdu

Tamara Mustafayeva, Banco.az

Çip böhranı "iPhone" modellərinin istehsalına da təsirini göstərib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, texnologiya nəhəngi "Apple" firması davam etməkdə olan qlobal çip böhranı səbəbindən yenicə bazara çıxardığı "iPhone 13" modellərinin istehsalını 10 milyon ədəd azalda bilər.

Şirkətə yaxın mənbələrin məlumatına görə, "Apple" firması 2021-ci il üzrə "iPhone 13" istehsal hədəflərini azaltmalı olub. Belə ki, ilin son rübündə 90 milyon ədəd yeni "iPhone" modeli istehsal etməyi planlaşdıran şirkət "Broadcom Inc." və "Texas Instruments Inc."in kifayət qədər hissə tədarükü etməməsinə görə sözügedən istehsal həcminə nail ola bilməyəcək.

Xatırladaq ki, texnologiya nəhəngi hazırda dünyanın ən böyük çip alıcısıdır və elektronika tədarük zəncirinin illik mənzərəsini formalaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et