"Çip böhranı gələn il də davam edəcək" | Banco.az

"Çip böhranı gələn il də davam edəcək"

Tamara Mustafayeva, Banco.az

"Mercedes-Benz"in CEO-su çip böhranının gələn il də davam edə biləcəyinə dair xəbərdarlıq edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, alman avtomobil brendi "Mercedes-Benz"in istehsalçısı "Daimler AG" şirkətinin CEO-su Ola Kallenius bu həftə Münhen şəhərində keçiriləcək "avto şou"dan öncə mətbuat nümayəndələrinin suallarına cavab verib. O, qlobal yarımkeçirici probleminin 2023-cü ilədək həll edilməmə ehtimalının olduğunu bildirib.

Kallenius problemin həlli üçün atılan addımların ilin dördüncü rübündə nəticə verə biləcəyinə dair ümidlərin olduğunu, ancaq "struktur" tələb probleminin gələn il də sektorlara təsir göstərəcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, "Daimler AG" qısa müddət əvvəl minik avtomobili üzrə illik satış proqnozunu aşağı salmış və sifarişlərdə əsaslı artım gözləmədiklərini, əksinə 2020-ci il səviyyələrindəki göstəricilərin təkrarlanma ehtimalı olduğunu elan etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et