Tamara Mustafayeva, Banco.az
"Mazda" çip tədarük çatışmazlığı səbəbindən istehsalı müvəqqəti dayandıracaq.
Banco.az xarici mətbuata istinadla bildirir ki, yapon avtomobil istehsalçısı "Mazda Motor" yarımkeçirici çatışmazlığına görə ölkənin qərbində fəaliyyət göstərən 2 zavodun işini 10 gün müddətinə dayandırmağa qərar verib.
Şirkət bu qərardan sonra 2022-ci ilin mart ayında başa çatacaq cari maliyyə ili üzrə qlobal istehsal həcmini 100 min azaltmalı olacaqlarını da açıqlayıb.
Xatırladaq ki, "Mazda" bu ilin iyul və avqust aylarında da zavodlarının fəaliyyətini müvəqqəti dayandırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!