Çip böhranı bu avtomobil şirkətinə də təsirsiz ötüşmədi | Banco.az

Çip böhranı bu avtomobil şirkətinə də təsirsiz ötüşmədi

Tamara Mustafayeva, Banco.az

Çip böhranı "Volkswagen"in ən böyük zavodunun da fəaliyyətinə təsir göstərib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, qlobal çip böhranı avtomobil nəhənglərini bir-birinin ardınca istehsalı müvəqqəti olaraq dayandırmağa sövq edir. "Ford" və "Toyota"dan sonra indi də "Volkswagen" istehsal planlarında dəyişiklik etməli olub.

60 min nəfərlik göstərici ilə dünyada ən çox işçi sayının qeydə alındığı avtomobil zavodu olan "Volkswagen Wolfsburg" gələn həftə bazar ertəsindən cümə gününədək tək növbədə işləyəcək.

"Volkswagen Group"a ən çox mənfəət qazandıran "Audi" isə Almaniyadakı iki zavodunda yay tətilinin müddətini bir həftə uzatmalı olacaq.

Xatırladaq ki, ötən məqalələrimizdən birində xəbər verdiyimiz kimi, çip böhranı səbəbindən "Toyota" şirkəti də qlobal istehsal proqnozunu azaltmışdı. Belə ki, daha əvvəl şirkətin sentyabr ayı ərzində 900 min avtomobil istehsal edəcəyi planlaşdırılmışdısa da, hazırda bu göstərici 500 min təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et