Tamara Mustafayeva, Banco.az
Fitch beynəlxalq reytinq agentliyi qlobal miqyasda təzahür edən çip probleminin avtomobil istehsalçılarının illik satışlarının təqribən 5%-nə təsir göstərəcəyini açıqlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, agentlikdən edilən açıqlamada avtomobil sektoru üzrə tələbin güclü olduğu vurğulanaraq istehsalçıların ən gəlirli modellərə üstünlük verməklə istehsal defisitinin nağd vəsait üzərindəki mənfi təsirini tarazlaşdırmağa çalışdıqları bildirilib.
Sözügedən çip probleminin gözləniləndən də uzun müddət davam etmə ehtimalının olduğu qeyd edilən açıqlamaya görə, bu problemin mənfi təsirləri müvafiq bazarların proqnozlaşdırdığından daha böyük olacaq.
Bir çox avtomobil istehsalçısı şirkətin bu ilin ikinci rübündə çətin günlər keçirəcəyini bildirən agentlik problemlərin 2022-ci ildə getdikcə azalacağına dair proqnozlarını da bölüşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!