Çinli texnologiya nəhəngləri ən pis rüblük nəticələrini açıqlayıblar | Banco.az

Çinli texnologiya nəhəngləri ən pis rüblük nəticələrini açıqlayıblar

Tamara Mustafayeva, Banco.az

Rəsmi Pekinin "sıfır Kovid" siyasəti ilə idarə olunan dünyanın ikinci ən böyük iqtisadiyyatında müşahidə olunan iqtisadi ləngimə Çin texnologiya nəhənglərinin bu vaxta qədərki ən zəif rüblük artıma nail olmalarında mühüm rol oynayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, elektron ticarət nəhəngi "Alibaba"nın gəlirləri ilin ikinci rübündə tarixində ilk dəfə dəyişməz qalıb, sosial media və oyun nəhəngi "Tencent"in satışları isə indiyə qədər ilk dəfə azalıb.

Çinin ikinci ən böyük e-ticarət şirkəti JD.com üçün ən zəif gəlir artımı qeyd edilərkən, elektrikli avtomobil istehsalçısı "Xpeng" şirkəti isə gözləniləndən daha böyük itki verib.

Qeyd edək ki, bu şirkətlərin ümumi bazar dəyəri 770 milyard dollardan çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Onu da xatırladaq ki, Çin iqtisadiyyatı ikinci rübdə cəmi 0,4 faiz artıb ki, bu da istehlakçı davranışına və şirkətlərin reklam və bulud hesablamaları kimi sahələr üzrə xərcləmələrinə təsirsiz ötüşməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et