Çinli investorlar tərəfindən sərmayə qoyuluşu dayandırıldı | Banco.az

Çinli investorlar tərəfindən sərmayə qoyuluşu dayandırıldı

Tamara Mustafayeva, Banco.az

"Huobi" və "Binance" kriptovalyuta birjaları artıq Çinli investorları qəbul etmirlər.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çin hökumətinin ötən həftə kriptovalyuta növlərini qeyri-qanuni ödəniş vasitəsi elan etməsindən sonra ilkin reaksiyalar gəlməyə başlayıb. Belə ki, Çinin ən böyük kriptovalyuta birjası "Huobi" və dünya liderlərindən biri olan "Binance" Çinə məxsus mobil nömrələr vasitəsilə sistemdə qeydiyyatdan keçilməsini dayandırıblar.

2013-cü ildə Çində əsası qoyulan, qısa müddət ərzində dünyaya inteqrasiya edən və hazırda Honkonq, Cənubi Koreya, Yaponiya və ABŞ-da ofisləri olan "Huobi" birjasından edilən açıqlamada Çinə məxsus mobil nömrələrlə daha əvvəldən yaradılmış hesabların da bu ilin sonunadək ləğv ediləcəyi bildirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən cümə günü Çin Mərkəzi Bankı açıqladığı qərarla kriptovalyutalar üzrə bütün əməliyyat növlərini qadağan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et