Çinli investorlar Avropa futbolunu tərk edirlər | Banco.az

Çinli investorlar Avropa futbolunu tərk edirlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal iqtisadiyyatda baş verən son hadisələr Avropa futboluna da təsirini göstərməyə başlayıb.

Banco.az xəbər verir ki, yaxın vaxtlara qədər xüsusilə ingilis futbol klublarına milyardlar xərcləyən Çin şirkətləri Pekin rəhbərliyinin kapitala nəzarəti gücləndirməsindən sonra bir-birinin ardınca Avropa futbolundan çəkilməyə başlayıb.

Çinlilərin yaratdığı bu boşluğu isə ABŞ şirkətləri doldurmağa başlayıb. Belə ki, ABŞ-ın özəl kapital şirkəti “Silver Lake” çinli investorların paylarını demək olar ki, sıfıra endirməklə, “Mançester Siti” futbol klubunun ana şirkətinin ikinci ən böyük səhmdarına çevrilib. Klub rəsmiləri “Silver Lake”in hazırda 18 faizdən çox səhmə sahib olduğunu təsdiqləyiblər.

ABŞ-ın texnologiya nəhəngi “Apple” isə “Mançester Yunayted”i almaq üçün təxminən 6 milyard funt-sterlinq təklif etməyə hazırlaşır. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, çinli investorların nəzarətində olan İtaliyanın "İnter" komandasının da satılması gündəmdədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et