"Çinlə ticarət danışıqları çox yaxşı gedir" - Tramp | Banco.az

"Çinlə ticarət danışıqları çox yaxşı gedir" - Tramp

ABŞ Prezidenti Donald Tramp hazırda Çinlə aparılan ticarət danışıqları barədə nikbin fikirdə olduğunu ifadə edib.

Donald Tramp Twitter səhifəsində Çinlə ticarət danışıqlarının “çox yaxşı” getdiyini yazıb.

Amerika nümayəndə heyəti bu gün Pekində Çin tərəfinin təmsilçiləri ilə danışıqları davam etdirib. Bu səfər iki dövlətin liderlərinin dekabrın 1-də “ticarət sülhü” elan etməsindən sonra keçirilən ilk birbaşa görüşdür.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ın ticarət naziri Uilbur Ross dünən CNBC telekanalına müsahibəsində danışıqlardan müsbət nəticə gözlədiyini bildirib. Onun fikrincə, təxirəsalınmaz qərarlar tələb edən ticarət məsələlərinin həlli üçün çox yaxşı şanslar var, lakin struktur problemləri üzrə razılığa gəlmək mürəkkəb olacaq.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et