Çinin xidmət sektorunun fəaliyyəti yaxşılaşmaqda davam edir | Banco.az

Çinin xidmət sektorunun fəaliyyəti yaxşılaşmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin xidmət sektorunun fəaliyyəti yeni sifarişlərlə sürətlənib.

Banco.az xəbər verir ki, “Caixin/S&P Global” tərəfindən hazırlanan xidmət sektoru PMI (satınalma menecerləri indeksi) fevraldakı 55,0 punktdan mart ayında 57,8 punkta yüksəlib. İndeksə əsasən, Çinin xidmət sektorunun fəaliyyəti mart ayında genişlənməyə davam edib.

Göstəricilər xidmət sektorunun ardıcıl dördüncü ayda da yaxşılaşdığını, eyni zamanda 50 səviyyəsindən yuxarı olduğu üçün sektorun daralmadan xilas olduğunu göstərir. Bu, həm də 2020-ci ilin noyabrından bəri görülən ən yüksək səviyyədir.

“Caixin” verdiyi açıqlamada fəaliyyətin artmasının yeni işlərdə davamlı və daha kəskin artımla dəstəkləndiyini söyləyib. Sektor üzrə məşğulluq isə 28 ayda ən sürətli artımı reallaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et