Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin "Caixin" xidmətlər PMI indeksi may ayında 54 punkta yüksəlib.
Banco.az xəbər verir ki, Çinin "Caixin" xidmətlər indeksi 2023-cü ilin iyulundan bəri ən güclü artıma nail olub.
İqtisadçıların proqnozu isə indeksin 52.5 punkta çatacağını göstərirdi.
Qeyd edək ki, 50 dəyərindən yuxarı göstərici sektorda artıma işarə edir.
Bazar ertəsi dərc edilən "Caixin" istehsal PMI məlumatları da ötən ay fabrik fəaliyyətlərində güclü bir artım olduğuna diqqət çəkmişdi.
Məlumat üçün xatırladaq ki, "Caixin" sorğusu rəsmi xidmətlər PMI indeksi ilə müqayisədə daha kiçik firmaları istinad götürür.
Bizi sosial şəbəkələrdən izləyin!!