Çinin valyuta ehtiyatları kapitalın hərəkətinə nəzarətin gücləndirilməsi və dolların möhkəmlənməsi prosesinin dayanması nəticəsində artım göstərib.
"Reuters" agentliyinə istinadən xəbər verilir ki, valyuta ehtiyatları mart ayında 3,96 mlrd. dollar və ya 0,13% artaraq 3,009 trln. dollar təşkil edib. Xatırladaq ki, yanvar ayında psixoloji hədd olan 3 trln. dollardan aşağı düşən ehtiyatlar fevralda 6,92 mlrd. dollar artaraq 3,005 trln. dollara çatıb.
Qeyd edək ki, analitiklər ehtiyatların 5 mlrd. dollar artacağını proqnozlaşdırıb. Ümumiyyətlə, Çinin valyuta ehtiyatları 2016-cı ildə 320 mlrd. dollar azalma göstərib, ehtiyatların maksimal həddi isə 4 trln. dollar təşkil edib.
Mənbə: Report.az