Çinin valyuta ehtiyatları altıillik maksimuma çatıb | Banco.az

Çinin valyuta ehtiyatları altıillik maksimuma çatıb

Dünyanın ən böyük valyuta ehtiyatına malik olan Çinin valyuta ehtiyatları ötən ilin dekabr ayında 28 mlrd. ABŞ dolları artaraq, noyabrın sonundakı 3,222 trln. dollardan 3,250 trln. dollara yüksəlib.

Bu barədə Çinin Dövlət Valyuta Nəzarəti İdarəsinin (SAFE) açıqlamasında deyilir.

Qeyd olunur ki, ehtiyatların həcmi altı il ərzində ən yüksək həddə çatıb. Valyuta ehtiyatlarının artımı artıq üçüncü aydır davam edir.

"The Wall Street Journal"ın sorğusuna qatılan ekspertlər sözügedən ehtiyatların orta hesabla 2 mlrd. dollar azalacağını gözləyirdilər.

SAFE qeyd edir ki, dekabrda ehtiyatların artımı ABŞ dollarının zəifləməsinin təsirini kompensasiya edərək ölkəyə kapital axını ilə bağlı olub.

"Bir çox ölkələrin maliyyə aktivlərinin qiymətləri müxtəlif istiqamətlərdə dəyişdiyi halda, dollar indeksi aşağı düşüb", - SAFE-nin rəsmisi Vanq Çuninq bildirib.

NBK-nın verdiyi məlumata görə, dekabrda Çində dəyər ifadəsində qızıl ehtiyatları bir ay əvvəlki 113,03 mlrd. dollardan 113,13 mlrd. dollara yüksəlib. Eyni zamanda, ehtiyatların həcmi 62,64 mln. unsiya səviyyəsində qalıb.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et