Çinin valyuta ehtiyatları 2015-ci ildən bəri ən yüksək səviyyədədir | Banco.az

Çinin valyuta ehtiyatları 2015-ci ildən bəri ən yüksək səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Dövlət Valyuta Mübadiləsi İdarəsi 2025-ci ilin sentyabr ayına aid valyuta ehtiyatları ilə bağlı məlumat açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata əsasən, ölkənin valyuta ehtiyatları sentyabr ayının sonunda əvvəlki ayla müqayisədə 0,5% artıb.

Avqust ayına nisbətən 16,5 milyard dollarlıq artım qeydə alınıb və ehtiyatların ümumi dəyəri 3 trilyon 338 milyard dollara çatıb.

İdarənin açıqlamasında bildirilib ki, sentyabr ayında ABŞ dolları indeksində yüngül dalğalanmalar müşahidə edilsə də, qlobal maliyyə aktivlərinin qiymətləri ümumilikdə yüksəlib.

Açıqlamada qeyd olunub ki, valyuta ehtiyatlarındakı artım mübadilə əməliyyatları ilə aktiv qiymətlərindəki dəyişikliklərin birgə təsiri nəticəsində baş verib. Həmçinin, iqtisadiyyatda sabitliyin və inkişafda əldə olunan irəliləyişin valyuta ehtiyatlarının sabitliyinə töhfə verdiyi vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram