Çinin ümumi dövlət borcunun 23 trilyon dollar olduğu fərz edilir | Banco.az

Çinin ümumi dövlət borcunun 23 trilyon dollar olduğu fərz edilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs Group Inc.” Çinin ümumi dövlət borcunun təxminən 23 trilyon dollar olduğunu proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, Çinin artan borc problemi ilə bağlı olaraq yerli hökumətlər borclarını ödəməyə davam etmək üçün xərcləri azaltmalı və ya inkişafı dəstəkləyən layihələrdən maliyyə dəstəyini kəsməli ola bilərlər.

Belə ki, hələ 18 ay əvvəl bir milyona yaxın əhalisi olan Heqanq şəhəri maliyyə gəlirləri ilə müqayisədə  iki dəfədən çox borcu ilə gündəmə gəlmişdi. ABŞ-ın “MacroPolo” analitik mərkəzinin iqtisadçısı Houze Sonq yaxın illərdə ölkənin bir çox şəhərlərinin Heqanqla eyni taleyi bölüşəcəyini söyləyib. O bildirib ki, Çində əhalinin sayının azalması və qocalması bəzi şəhərlərin daha sürətli iqtisadi artımı və vergi gəlirini davam etdirmək üçün işçi qüvvəsinə sahib olmadığını göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Xi Jinpinq 2035-ci ilə qədər gəlir səviyyəsini iki dəfə artırmaqla zəngin və kasıb arasındakı fərqi azaltmağı hədəfləyirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et