Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinli elektromobil istehsalçısı “Nio” və texnologiya nəhəngi “Tencent” əməkdaşlığa başlayıblar.
Banco.az xəbər verir ki, oyun, sosial media və bulud hesablama nəhəngi “Tencent” firması “Tesla”nın Çindəki rəqiblərindən biri olan “Nio” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Texnologiya nəhəngləri Pekin hökumətinin enerji avtomobillərinə diqqət ayırmasından faydalanmağı hədəfləyirlər.
“Nio” və “Tencent” tərəfindən bazar ertəsi edilən açıqlamaya görə, onlar sürücülər üçün yüksək dəqiqliyə malik xəritəçəkmə sistemləri üzərində birgə işləyəcəklər. “Nio” həmçinin məlumatların saxlanması və avtonom idarəetmə üçün “Tencent”in bulud hesablama infrastrukturundan istifadə edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!