"Çinin tənəzzüldən çıxmaq cəhdləri qlobal böhrana səbəb olacaq" | Banco.az

"Çinin tənəzzüldən çıxmaq cəhdləri qlobal böhrana səbəb olacaq"

Müəllif:Mehin Qasımova/Banco.az

Çinin tənəzzüldən çıxmaq cəhdləri qlobal böhrana səbəb olacaq.

Banco.az xəbər verir ki, bunu  Bloomberg analitikləri bildirib.

Analitiklər hesab edir ki, Çinin tənəzzüldən çıxmaq istəyi ABŞ, Avropa və digər ölkələrlə yeni ticarət müharibələrinə səbəb ola bilər.

Belə ki, Çin hakimiyyəti sənaye müəssisələrindən bir sıra məhsulların ixracını artıracağını gözlədiyi üçün onlara kreditlərin verilməsini artırmaq qərarına gəlib.

Qeyd olunur ki, ölkə hazırda istehsal etdiyi malların təxminən 45%-ni digər ölkələrin bazarlarına verir.

Çin sakinləri özləri ölkə daxilində istehsal olunan hər şeyi ala bilmirlər. Hökumət bununla iqtisadiyyatda tənəzzülün qarşısını ala bilib.

Eyni zamanda, agentlik digər ölkələrlə balansın pozulması və ticarət gərginliyinin artması riskinin olduğunu bildirir.

Bundan əvvəl Çinin Vaşinqtondakı səfiri Xie Feng qeyd edib ki,  Çin dünya səhnəsində ABŞ-a meydan oxumaq və ya onu sıxışdırmaq niyyətində deyil.

Onun sözlərinə görə, Pekinə Vaşinqtonla sağlam münasibətlər lazımdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram