Çinin sənaye müəssisələri istehsalı 99% bərpa edib | Banco.az

Çinin sənaye müəssisələri istehsalı 99% bərpa edib

Çinin sənaye müəssisələri ölkədə epidemioloji vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması fonunda istehsalı orta hesabla 98,6% bərpa edib.

Bu barədə ölkənin Sənaye və İnformasiyalaşma naziri Sin Qobin məlumat verib. 

Onun sözlərinə görə, insanların iş yerlərinə qayıtması üzrə orta göstərici 89,9%-dir: “Kiçik və orta müəssisələrdə iş isə orta hesabla 76% bərpa edilib".

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının episentri olan Hubey əyalətində sənaye müəssilərinin yüklənməsi indi 95% təşkil edir. Müəssisələrin, təxminən, 70% əməkdaşı iş yerlərinə qayıdıb. 

Report

Ən sərfəli krediti almaq üçün müraciət et