Çinin sənaye istehsalı gözlənilən nəticəni verməyib | Banco.az

Çinin sənaye istehsalı gözlənilən nəticəni verməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində sənaye istehsalı proqnozlara uyğun gəlməyib.

Banco.az xəbər verir ki, Çinin sənaye istehsalı aprel ayında 2022-ci ilin sentyabr ayından bəri qeydə alınan ən yüksək səviyyəyə çatsa da, proqnozları doğrultmayıb.

Belə ki, sözügedən dövrdə ölkədə sənaye istehsalı əvvəlki ilin eyni dövrünə nəzərən 5,6 faiz artım göstərib. Mart ayında bu göstərici 3,9 faiz idi. İqtisadçılar isə apreldə sənaye istehsalının 10,9 faiz artacağını proqnozlaşdırmışdılar.

Qeyd olunan dövrdə Çində pərakəndə satış həcmi 18,4 faiz artıb ki, bu nisbət üzrə proqnoz 21 faiz idi. Aprel ayında müşahidə olunan artım 2021-ci ilin martından bəri ən yüksək artım kimi nəzərə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram