Çinin Rusiyadan alüminium idxalı rekordunu yeniləyib | Banco.az

Çinin Rusiyadan alüminium idxalı rekordunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin Rusiyadan alüminium idxalı öz rekordunu yeniləyib.

Banco.az xəbər verir ki, müharibə səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiya və embarqolar Çinin xeyrinə olmağa davam edir. 

Belə ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Çin və Rusiya arasında artan ticarət alüminium sektorunda özünü daha qabarıq şəkildə göstərir. Çinin Rusiyadan alüminium alışı sentyabr ayında ardıcıl üçüncü aydır ki, rekord qırıb.

Çinin Rusiya alüminiumunu sərfəli qiymətlərlə tədarük etdiyi və idxalın sentyabr ayında 153 min tona çatdığı vurğulanıb.

İlin əvvəlindən bəri isə alış həcmi əvvəlki ilə nisbətən 3 dəfə artaraq 800 min tona çatıb. Bu səviyyə onu göstərir ki, Çinin alüminium idxalının 80 faizi Rusiya tərəfindən təmin edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram