Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində neft, təbii qaz və kömür kimi qalıq yanacaqların istehsalı və idxalı 2023-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Banco.az xəbər verir ki, Milli Statistika Bürosunun məlumatına görə, Çində yanvar-noyabr aylarında kömür hasilatı illik 2,9 faiz, xam neft hasilatı 1,8 faiz, təbii qaz hasilatı isə 6 faiz artıb.
Sözügedən dövrdə kömür idxalı 62,9 faiz, xam neft idxalı 12,1 faiz, təbii qaz idxalı da 8,5 faiz artım göstərib.
Bu 11 ayda kömür hasilatı 4,24 milyard tona çatıb. Eyni dövrdə illik 4,27 milyard ton kömür idxal edilib.
Dövlətə məxsus kömür tədarükçüləri şirkətləri bu ilin əvvəlində Avstraliyadan idxal edilən kömürə qarşı iki ildir davam edən qeyri-rəsmi boykotu dayandırdığı üçün kömür idxalı yerli istehsalı üstələyən səviyyəyə çatıb. İdxal olunan kömürün qiymətinin daha sərfəli olması da artıma təsir edib.
11 ay ərzində xam neft hasilatı 191,25 milyon tona, neft idxalı isə 515,65 milyon tona yüksəlib.
Təbii qaz hasilatı da 209,6 milyard kubmetrə çatıb. Təbii qaz idxalı 107,4 milyon ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!