Çinin müsbət ticarət saldosu rekorda çatıb | Banco.az

Çinin müsbət ticarət saldosu rekorda çatıb

2021-ci ildə Çinin ümumi ticarət dövriyyəsinin həcmi 6,05 trln. ABŞ dolları təşkil edib.

Qlobal tələbatın bərpası fonunda ötən il Çinin ixracı 29,9% artaraq 3,36 trln. dollar, idxalı isə 30,1% artaraq 2,69 trln. dollar təşkil edib.

Beləliklə, 2021-ci ildə ölkənin ticarət dövriyyəsinin müsbət saldosu indiyədək qeydə alınan ən yüksək həddə – 676 mlrd. dollara çatıb.

Qeyd edək ki, təkcə dekabr ayında Çinin ticarət dövriyyəsi 586,5 mlrd. dollara bərabər olub. İxracın həcmi illik müqayisədə 20,9% artaraq 340,5 mlrd. dollar, idxal isə 19,5% artaraq 246 mlrd. dollar təşkil edib. Nəticədə, təkcə dekabrda ticarət dövriyyəsinin müsbət saldosu 94,5 mlrd. dollara təşkil edib.

Hesabat ilində Çinin əsas ticarət tərəfdaşı olan ABŞ-a ixracı ötən il 27,5% artaraq 576,1 mlrd. dollar, idxalı isə 32,7% artaraq 179,5 mlrd. dollar təşkil edib. Beləliklə, Donald Trampın Prezident olduğu dövrdə pik nöqtəyə çatan ABŞ-Çin ticarət müharibəsinin səngiməsi fonunda Çinin ABŞ-la ticarət dövriyyəsinin müsbət saldosu artıq ardıcıl iki il artır və 2021-ci ildə 396,6 mlrd. dollara bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et