Çinin meqa-şəhərində karantin məhdudiyyətləri başa çatır | Banco.az

Çinin meqa-şəhərində karantin məhdudiyyətləri başa çatır

Tamara Mustafayeva, Banco.az

Çinin meqa-şəhəri Çendu bugündən etibarən normal həyata qayıdır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, sentyabr ayında karantin tədbirləri çərçivəsində şəhər miqyasında bağlanan Çendu bugündən artıq normal həyatını və sosial nizamını bərpa edəcək.

21 milyon əhalisi olan şəhərdə məktəblərin davam edəcəyi, restoran və muzey kimi ictimai yerlərin yenidən açıla biləcəyi bəyan olunub.

Rəsmi açıqlamaya görə, Çendu sakinləri hələ də ən azı həftədə bir dəfə kovid üçün testdən keçməlidirlər. İctimai yerlərə daxil olmaq və ictimai nəqliyyatdan istifadə etmək üçün 72 saat ərzində mənfi nəticə tələb olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et