Çinin ixracı Martda 21.3% artıb | Banco.az

Çinin ixracı Martda 21.3% artıb

Çin Gömrük İdarəsi tərəfindən açıqlanan xarici ticarət göstəricilərinə görə, yuanda ifadə olunmuş ixrac Mart ayında əvvəlki ilin eyni dövrünə nisbətən 21.3 faiz artım qeyd edib. Proqnoz artımın 6.3 faiz olacağı istiqamətində idi.

Açıqlanan məlumatlara görə, həmin dövrdə idxal illik 1.8 faiz azalıb. İqtisadçıların gözləntisi 2.6 faiz artım olacağı istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Çində Yanvar - Mart dövründəki xarici ticarət artığı (profisiti) 529.67 milyard yuan olub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et