Çinin ixracı gözlənilmədən artıb | Banco.az

Çinin ixracı gözlənilmədən artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mart ayında Çinin ixracatı gözlənilmədən artaraq altı ayda ilk qazancını əldə edib.

Banco.az xəbər verir ki, Gömrük idarəsinin cümə axşamı Pekində açıqladığı məlumatlara görə, ötən ay dollar ifadəsində ixrac illik müqayisədə 14,8 faiz artıb, idxal isə 1,4 faiz azalıb. Bu da ay ərzində 88,2 milyard dollarlıq ticarət profisiti yaradıb. 

“Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar ixracın 7,1 faiz, idxalın isə 6,4 faiz azalacağını proqnozlaşdırmışdılar.

Son üç il ərzində artan ixrac tələbi dünyanın ikinci ən böyük iqtisadiyyatı üçün güclü təkan olub və ölkənin mənzil bazarının tənəzzülü və sıfır-Kovid məhdudiyyətləri nəticəsində yaranan zəif daxili xərcləri kompensasiya etməyə kömək edib. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ixrac 2022-ci ilin sonundan etibarən ABŞ, Avropa İttifaqı (Aİ) və digər ölkələrdən tələbin sürətini itirməsinə görə azalmağa başlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et