Çində İyul ayında idxal, ixrac və xarici ticarət profisit proqnozlardan daha yaxşı reallaşıb.
Dollar ilə ifadədə Çinin İyul ayında ixracı illik 3.3% artıb. Proqnoz 1% geriləmə olacağı istiqamətində idi. İyulda idxal 9% geriləyəcəyi proqnozuna qarşılıq 5.6% geriləyib. Xarici ticarət profisiti 42.65 milyard dollarlıq proqnoza qarşılıq 45.06 milyard dollar səviyyəsində reallaşıb.
Yuan ilə ifadədə Çinin ixracı illik 7% artması gözlənilərkən 10.3% artıb. İdxalın 3.3% düşməsi gözlənilərkən 0.4% yüksəlib. Xarici ticarət profisiti isə 310 milyard yuan gözlənilməsinə qarşılıq 310.3 milyard yuan təşkil edib.
Marja