Çinin ixrac və idxalı ötən ay azalıb | Banco.az

Çinin ixrac və idxalı ötən ay azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin gözləniləndən az olsa da, idxal və ixracda növbəti aylıq azalma açıqlayıb.

Banco.az xəbər verir ki, Çin Gömrük İdarəsinin məlumatlarına görə, avqust ayında bir il əvvəllə müqayisədə idxal 8,8 faiz, idxal isə 7,3 faiz azalıb. İqtisadçılar ixracın 9,2-10 faiz, idxalın isə 9,0-9,7 faiz azalacağını gözləyirdilər.

Xatırladaq ki, Çin mallarına qlobal tələbin azalması səbəbindən ölkənin ixracatı aprel ayından etibarən hər ay illik əsasda azalıb.

Çinin pandemiyadan iqtisadi bərpası da daşınmaz əmlak bazarındakı çökmə və zəif istehlak xərcləri ilə əlaqədar olaraq son bir neçə ay ərzində bir qədər zəifləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram