Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində istehsal və xidmət sektoru fəaliyyəti noyabr ayında 7 aylıq minimuma düşüb.
Banco.az xəbər verir ki, Milli Statistika Bürosu tərəfindən hazırlanan İstehsalat Satınalma Menecerləri İndeksi (istehsal PMI) oktyabrdakı 49,2-dən bu ay 48,0-a düşüb.
Qeyri-İstehsal Sektoru Satınalma Menecerləri İndeksi (xidmətlər PMI) isə oktyabrdakı 48,7 bənddən noyabrda 46,7 bəndinə düşüb.
Bu geriləmələrdə ölkədə tətbiq olunan Kovid məhdudiyyətlərinin və qlobal tələbdəki zəifləmənin təsiri böyükdür.
Qeyd edək ki, Milli Statistika Bürosu tərəfindən yayımlanan İstehsal PMI məlumatları adətən böyük və dövlət tərəfindən idarə olunan şirkətlər əsas götürülərək hazırlanır. Özəl sektordakı kiçik və orta şirkətlərə diqqət yetirən “Caixin” istehsal PMI göstəriciləri isə cümə axşamı günü dərc olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!