Çinin istehsal sənayesində güclü bərpa qeydə alınıb | Banco.az

Çinin istehsal sənayesində güclü bərpa qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin istehsal sənayesi sürətlə bərpa olunur.

Banco.az xəbər verir ki, Çinin istehsalat satınalma menecerləri indeksi (PMI) yanvar ayında 50,1 punkta yüksələrək genişlənən diapazona qayıdıb.

Dekabrda indeks 47 göstəricisi ilə daralma səviyyəsində idi.

Eyni zamanda, qlobal PMI də yanvar ayında aylıq 0,6 bənd artaraq 49,2-yə yüksəlib və bununla da, ötən yeddi aylıq azalma tendensiyasını üstələyib.

Ekspertlər bu qənaətdədirlər ki, Çinin istehsal sektorunun bərpası qlobal iqtisadiyyatda tənəzzülün dayandırılmasına böyük töhfə verib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et