Çinin istehsal sektoru daralmağa davam edir | Banco.az

Çinin istehsal sektoru daralmağa davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin istehsal sektorunda iqtisadi aktivliyin ötən ay da daralmağa davam etdiyi bildirilib.

Banco.az xəbər verir ki, Çinin Ümumi İstehsalat Satınalma Menecerləri İndeksi (PMI) oktyabr ayında əvvəlki ayla müqayisədə 1,1 bənd artaraq 49,2-yə yüksəlib.

İndeksdə əvvəlki ayla müqayisədə artım qeydə alınsa da, ötən iki ayın daralma tendensiyası oktyabr ayında da davam edib.

Mərkəzi ofisi Londonda yerləşən bazar araşdırması şirkəti “IHS Markit” tərəfindən istehsal sektorundakı şirkətlərlə aparılan sorğular əsasında hazırlanan indeks avqustda 49,5, sentyabrda isə 4,1 ilə böyümə həddini keçə bilməmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, artımın aparıcı göstəricisi sayılan indeksin 50-dən yuxarı olması iqtisadi fəaliyyətdə artımı, aşağı olması isə daralmanı xarakterizə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et