Çinin istehsal fəaliyyətində yaxşılaşma davam edib | Banco.az

Çinin istehsal fəaliyyətində yaxşılaşma davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Noyabr ayında Çinin istehsal fəaliyyətində yaxşılaşma davam edib.

Banco.az xəbər verir ki, Milli Statistika İdarəsinin məlumatına görə, istehsalat PMI indeksi noyabr ayında 50,3 punkta yüksəlib.

Oktyabr ayında indeks 50,1 səviyyəsinə çatmışdı.

Məlumdur ki, indeksin dəyərinin 50-dən yuxarı olması sektorda artımı göstərir.

Qeyd edək ki, iqtisadçıların proqnozu 50,2 punkt idi.

Kompozit PMI indeksi isə dəyişməyərək 50,8 səviyyəsində qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram