Çinin iqtisadi çəkisi ötən üç onillikdə ilk dəfə azalıb | Banco.az

Çinin iqtisadi çəkisi ötən üç onillikdə ilk dəfə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Əksəriyyətimiz üçün çəki itkisi müsbət sayılsa da, iqtisadi sfera üçün bu, heç də elə deyil.

Banco.az xəbər verir ki, Çinin qlobal çəkisinin 1994-cü ildən bəri ilk dəfə azaldığını əks etdirən yeni araşdırma onun ABŞ iqtisadiyyatını ötmək şansının getdikcə daha çox şübhə altına alındığını göstərir.

Beynəlxalq Valyuta Fondu (BVF) və digərləri müntəzəm olaraq Çini qlobal iqtisadi artıma ən böyük töhfə verən ölkə kimi qələmə versələr də, bunun yanıldıcı göstərici olduğu bəlli olur.

Belə ki, ilkin olaraq qeyd etmək lazımdır ki, bu cür bəyanatlar inflyasiyaya uyğunlaşdırılmış “real” ÜDM rəqəmlərindən istifadə edir. Ancaq biz nominal bir dünyada yaşayırıq, burada qiymətlər ödəniş çeklərində və mağaza etiketlərində əks olunan, inflyasiya görə endirim tətbiq olunmayan faktiki rəqəmlərdir. Korporativ satışlar nominaldır, dövlət xərcləri və vergi gəlirləri nominaldır. Siz "real" kredit ala bilməzsiniz. Siz borcunuzu “real” dollarla qaytara bilməzsiniz.

Odur ki, nominal dünyada ABŞ hələ də ən effektiv iqtisadiyyat olaraq qalır.

“JPMorgan Chase & Co” iqtisadçıları 2022-ci il üzrə yekun rəqəmləri nəzərə alaraq qlobal qiymətləndirmələrini yeniləyiblər və buradan görünür ki, Amerika planetin ümumi daxili məhsulunun (ÜDM) 28,4%-ni təşkil edir. Çin üçün isə bu göstərici 20 faizdir.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə demək olar ki, bu il də ABŞ yuanın ucuzlaşması, eyni zamanda dayanıqlı Amerika istehlakçısı sayəsində Çindən daha yaxşı nəticə göstərəcək.

“JPMorgan” komandası həmçinin vurğulayıb ki, Çinin qlobal ÜDM-dəki payının azalması nadir haldır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et