50 ən yaxşı Çin markasını özündə birləşdirən son BrandZ reytinqi dərc edilib. Siyahının başında 1,938 bal toplayan Çin texnoloji nəhəngi Huawei gəlib.
Bunun ardınca Lenovo şirkəti qərarlaşıb.
Alibaba Group bu sıralamada üçüncü yerdədir. Cek Ma tərəfindən təsis edilən şirkət, Lazada, UCWeb və Alibaba Pictures kimi, bir neçə törəmə şirkətə sahibdir. Dördüncü yerdə TikTok xidməti ilə tanınan internet texnologiya şirkəti - ByteDance qərarlaşıb.
Beşinci yeri çox fərqli məhsul istehsal edən Xiaomi tutur. Onun ardınca Haier və Hisense gələrək, müvafiq olaraq beşinci və altıncı yerləri tuturlar. OnePlus yeddinci sırada yer alır, yəni şirkət daha müvafiq olaraq on ikinci və iyirminci yerlərdə olan Oppo və Vivo-dan daha populyardır.
Ted.az
Bizi sosial şəbəkələrdən izləyin!!
