Çinin ən varlı adamından 10 sitat | Banco.az

Çinin ən varlı adamından 10 sitat

49 yaşlı Cek Ma - Çində ən varlı adamdır. O, onun səviyyəsinə qədər varlanmağı planlaşdıran hamıya dəyərli məsləhətlər verir.

7 mlrd. dollar sərvəti ilə Cek Ma öz çatışmazlıqlarından fəxrlə danışmağı özünə rəva bilir. O, Çinin texnologiya sənayesində  birinci yerdə gedir.  15 il əvvəl Ma Çinin kiçik və orta biznesini beynəlxalq alıcılar ilə əlaqələndirən, və Amazon və eBay’in birlikdə götürülmüş dövriyyəsini üstələyən Alibaba ticarət meydançasını yaradıb.

 1. Əsl imkanlar onları heç kəs tərəfindən görülməyən yerlərdə olurlar. Əgər müşavirədə iştirak edənlərin 90% -i bu və ya digər təklifin "lehinə" səs verirlərsə, mən onu səbətə atıram. Səbəbi sadədir: Əgər bütün bu adamlar bu imkanı belə açıq-aşkar görürsə, yəqin ki bunun üzərində çox sayda digər şirkətlər də işləyir və bu işdə liderlik bizdə olmayacaq.

 2. Mənim əsas tutduğum bir prinsip var: Sənin işə münasibətin və qəbul etdiyin qərarlar sənin qabiliyyətindən daha vacibdir.

3. Sizin öz biznesinizi açmağınız sabit gəlirdən, xəstəxana və illik bonuslardan imtina etməyiniz deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

4. Sahibkar üçün ən pis keyfiyyətlər bunlardır: snob olmaq, vəziyyəti adekvat qiymətləndirməyi bacarmamaq, yüksək temp götürüb onu davam etdirməyi bacarmamaq, irəliyə baxmaq qabiliyyətinə sahib olmamaq.

 5. Sizin deyəcəkləriniz dünyanın vecinə deyil, sizin edəcəkləriniz vacibdir.

 6. Əsl iş adamının düşməni yoxdur. Elə ki siz bunu başa düşəcəksiniz, sizi heç kim saxlaya bilməcək.

 7. Rəqabət şahmat oyunu kimidir. Əgər siz uduzdunuzsa, həmişə bir oyun daha oynaya bilərsiniz. Vuruşmaq vacib deyil.

8. Yalnız axmaqlar danışmaq üçün ağzından istifadə edir. Ağıllı başı ilə, müdrik isə ürəyi ilə danışır.

9. Əgər siz müntəzəm depressiyaya düşürsünüz və tez-tez həyatınızdan şikayət eləyirsizsə, onda bu alkoqolizmə oxşamağa başlayır - nə qədər çox içirsinizsə, dayanmaq daha çətin olur. Uğura gedən yoldad siz görərsiniz ki, uğurlu insanlar şikayət etmirlər və sızıldamırlar.

10. "Pulsuz"- çox bahalı sözdür. 

Ən sərfəli krediti almaq üçün müraciət et