Müəllif:Mehin Qasımova/Bnaco.az
1995 -ci ildə qurulan Çinin ən böyük investisiya fondlarından biri olan "Zhongzhi Enterprise Group" defolt elan edib.
Banco.az xəbər verir ki, investorlara göndərdiyi məktubda şirkət artıq borclarını ödəyə bilməyəcəyini bildirib.
Belə ki, audit 36,5 milyard dollar çatışmazlıq aşkar edib və şirkətin borcları 59-64,6 milyard dollar qiymətləndirilib. Bu məbləğ isə şirkətin ümumi aktivlərindən iki dəfə çoxdur.
Məlumata görə, "Zhongzhi Enterprise" üçün vəziyyət hökumətin maliyyə bazarının tənzimlənməsini sərtləşdirməyə başladığı 2019-cu ildən bəri pisləşib. Əmlak bazarında hələ də çıxış yolu olmayan uzun sürən böhran problemləri daha da artırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
