Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə azalıb | Banco.az

Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində əhalinin sayı 1961-ci ildən bəri ilk dəfə azalıb.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosu çərşənbə axşamı bildirib ki, 2022-ci ildə ölkə əhalisinin sayı azalıb. 

Buna görə,  2021-ci illə müqayisədə Çində əhali 850 min nəfər azalaraq 1 milyard 411 milyon 750 minə düşüb. 2021-ci ilin sonunda isə əhalinin sayı 1 milyard 412 milyon 600 min nəfər olub.

2021-ci ildə Çinin əhalisi ən aşağı sürətlə artıb. Milli Statistika Bürosunun məlumatına görə, 2021-ci ilin sonuna əcnəbilər istisna olmaqla materik Çinin əhalisinin sayı 480 min artaraq 1,41 milyard nəfərə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram