Çinin daşınmaz əmlak nəhəngi müflis olmaq üzrədir | Banco.az

Çinin daşınmaz əmlak nəhəngi müflis olmaq üzrədir

Tamara Mustafayeva, Banco.az

Çinin daşınmaz əmlak şirkəti "Evergrande" müflis olmaq üzrədir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, qlobal birjalar "Evergrande" şirkətinin vəziyyəti ilə bağlı mövcud qeyri-müəyyənlik, davam etməkdə olan tədarük problemləri və ABŞ Mərkəzi Bankının aktiv alışının azaldılmasına dair bu həftə açıqlayacağı qərar fonunda yeni iş həftəsinə satışlarla başlayıb.

Çinin daşınmaz əmlak sektorunda aparıcı mövqeyə sahib olan "Evergrande" şirkəti maliyyə axının kəsilməsi ilə çətin vəziyyət qarşısında qalıb. Təqribən 300 milyard dollar borcu olduğu bilinən şirkətin bu həftə ödəməli olduğu borclarla bağlı qeyri-müəyyənlik isə hələ də qüvvədədir. 

Əvvəlki seansda 20%-ə yaxın dəyər itirən şirkət səhmləri hazırda aktiv olan Honkonq birjasında 19%-ə yaxın ucuzlaşıb. Qeyd edək ki, bu gün Çin, Yaponiya və Cənubi Koreya birjaları qeyri-iş günü səbəbilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et