Çinin bərpa olunan enerji potensialı güclənir | Banco.az

Çinin bərpa olunan enerji potensialı güclənir

Müəllif - Aida İsaq, Banco.az

Çinin qeyri-mədən yanacaq enerjisi mənbələrinin gücü planlaşdırılan səviyyəyə çatıb.

Banco.az xəbər verir ki, milli islahatlar və inkişaf komissiyasının rəsmisinin məlumatına görə, külək və günəş enerjisi kimi qeyri-mədən yanacaq enerjisi mənbələri ölkədə ümumi quraşdırılmış gücün 50,9%-ni təşkil edib. Beləliklə, hökumətin 2021-ci ildə müəyyən etdiyi bərpa olunan enerji potensialının 2025-ci ilə qədər qalıq yanacaq gücünü aşması planı artıq yerinə yetirilib.

Milli statistika bürosunun məlumatına görə, 2022-ci ilin sonunda Çinin quraşdırılmış elektrik istehsal gücü 2564,05 GVt təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram