Çinin avtomobil konserni smartfon istehsalı üzrə müəssisə yaradır | Banco.az

Çinin avtomobil konserni smartfon istehsalı üzrə müəssisə yaradır

Çinin böyük avtomobil konserni olan "Zhejiang Geely Holding”in (Geely) banisi Erik Li smartfon istehsalı üzrə müəssisə yaradacaq.

Bu barədə “Geely” şirkətinin məlumatına istinadən xəbər verilir.

Məlumata görə, konsernin törəmə şirkəti olan “Hubei Xingji Shidai Technology Co. Ltd” Uhan iqtisadi və texnoloji inkişaf zonası ilə strateji əməkdaşlıq haqqında müqavilə imzalayıb. Əməkdaşlığın məqsədi premium sinif smartfonların istehsalının təşkil edilməsidir.

Yeni məhsulların bazara nə zaman və hansı brend altında çıxarılacağı barədə məlumat verilmir.

Daha əvvəl “Geely Holdings Group”un 2021-ci ildən kommersiya peyklərinin istehsalına başlayacağı bildirilirdi.

Qeyd edək ki, qlobal avtomobil qrupu olan “Geely” “Geely Auto”, LYNK & CO, “Volvo Cars”, “Lotus Cars”, “Polestar”, “London Electric Vehicle Company” (LEVC) kimi brendlərin sahibidir. Şirkətin ştatı 52 min əməkdaşdan ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et