Çinin avtomobil istehsalçısı uçan avtomobilini təqdim etdi | Banco.az

Çinin avtomobil istehsalçısı uçan avtomobilini təqdim etdi

Müəllif:Mehin Qasımova/Banco.az

Çinin avtomobil şirkəti "Chery" pilotsuz uçan elektrik avtomobilini təqdim edib.

Banco.az xəbər verir ki, bu barədə avtomobil şirkəti məlumat verib.

Yeni məhsul Land and Air Vehicle  yəni Quru və Hava Nəqliyyatı adlanır. İlk  sınaq uçuşunun müddəti 80 kilometr olub. Uçan avtomobil qısa uçuşlar üçün nəzərdə tutulub.Avtomobil yolun böyük hissəsini yerdə hərəkət etməlidir. Uçuş funksiyası yalnız tıxacın və ya yoldakı digər maneənin ətrafında uçmaq üçün təmin edilir. Salonda nə sükan, nə də pedallar var. O, üç hissədən ibarətdir: vintli konstruksiya, kabinə və şassi. Elektrikli avtomobil iki nəfər üçün nəzərdə tutulub. İki nəfərlik avtomobil şaquli qalxma və enmə funksiyalarını yerinə yetirə bilir. Uçuşun maksimal hündürlüyü bir kilometr, maksimal müddəti isə 40 dəqiqədir.

Ən sərfəli kredit üçün müraciət et

Modelin kütləvi istehsalına başlama vaxtı hələlik məlum deyil.

Ən sərfəli krediti almaq üçün müraciət et