Çinin avtomobil istehsalçısı Braziliyada istehsal bazası yaradacaq | Banco.az

Çinin avtomobil istehsalçısı Braziliyada istehsal bazası yaradacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin avtomobil istehsalçısı “BYD” Braziliyada istehsal bazası yaradacaq.

Banco.az xəbər verir ki, Çinin avtomobil istehsalçısı” BYD” şirkəti çərşənbə axşamı günü etdiyi açıqlamada Braziliyanın Bahia əyalətindəki Camaçaridə istehsal bazası qurmaq planından bəhs edib.

Üç yeni fabrikdən ibarət olacaq kompleksin gələn ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Camaçari kompleksinin yerli sakinlər üçün təqribən 5000 iş yeri yaratması gözlənilir.

Xatırladaq ki, 2014-cü ildə təsis edilən “BYD Brazil”in ölkədə üç fabriki fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et