Çingiz Əsədullayev “AGBank”dakı payını artırıb | Banco.az

Çingiz Əsədullayev “AGBank”dakı payını artırıb

“AGBank” ASC-nin səhmdarlarının sayında və pay bölgüsündə ciddi dəyişiklik baş verib.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bankın Müşahidə Şurasının sədri və əsas səhmdarlarından biri olan Çingiz Əsədullayev nizamnamə kapitalında payını 23,096%-dən 23,270%-dək artırıb.

Bundan başqa, minoritar səhmdarların sayı 65-dən 61-ə enib, onların bankın kapitalındakı ümumi payı isə 25,637%-dən 31,463%-dək artıb. Anlaşılan budur ki, 4 minoritar səhmdar payını satıb.

Ən sərfəli kredit üçün müraciət et

Bankdan bildirilib ki, minoritar səhmdarlar öz paylarını C. Əsədullayevə satıblar.

Digər majoritar səhmdarların kapitalda payı dəyişilməz olaraq qalıb. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası kapitalda 17,5%, “Kazimir Partners” şirkəti 10%, Yusifov Fərzulla (Müşahidə Şurasının üzvü) 17,767%-lik paya malikdirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et